Saytımızı qiymətləndirin


 
 

Dərman və vaksinlərin əlavə təsirləri barədə məlumat vermək üçün onlayn sistem yaradılıb
Tarix: 01-10-2021 | Saat: 17:49
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Dərman və vaksinlərin əlavə təsirləri barədə məlumat vermək üçün onlayn sistem yaradılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün görülən işlər başa çatıb.

AEM-dən Qarabaginfo.az-a verilən məlumata görə, pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri onlayn portal vasitəsi ilə dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat şəkildə ötürə biləcəklər. Sistemin əsası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanıb və burada təqdim etdiyiniz məlumatlar ÜST-ün əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcək. Onlayn bildirişlərin ötürülməsi üçün https://primaryreporting.who-umc.org/az linkindən istifadə edərək daxil olmaq mümkündür.

Qeyd edək ki, təqdim edilən məlumatlara Mərkəz tərəfindən nəzarət ediləcək.



Xəbəri paylaş

1321 dəfə oxunub.

Digər xəbərlər