Saytımızı qiymətləndirin


 
 

“Azəriqaz” və “Azərişıq”la bağlı tələblər dəyişdi – QƏRAR
Tarix: 30-09-2021 | Saat: 16:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azəriqaz” və “Azərişıq”la bağlı tələblər dəyişdi – QƏRAR

 

Nazirlər Kabinetinin “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 31 may 1999-cu il və “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli qərarlarında dəyişiklik edib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra qaz paylayıcısının (“Azəriqaz”) və enerji təchizatı müəssisəsinin (“Azərişıq”) səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, sözügedən qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirməli olacaqlar.



Xəbəri paylaş

286 dəfə oxunub.

Digər xəbərlər
23-09-2021, 13:34 Sabahın hava proqnozu