Saytımızı qiymətləndirin


 
 

Əli Əsədov: “Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı bundan sonra da prioritet olacaq"
Tarix: 24-09-2021 | Saat: 20:40
Bölmə:Karusel / Sosial | çapa göndər

Əli Əsədov: “Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı bundan sonra da prioritet olacaq"

“Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısı bundan sonra da prioritet təşkil edəək”.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasında bildirib.

Baş nazir əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial islahatlar, ictimai iş yerlərinin yaradılması, məşğulluq məsələləri və aztəminatlı əhalinin sosial-rifahının yaxşılaşdırılması bundan sonra da diqqət mərkəzində olacağı vurğulayıb.

Şəhid ailələrinə və müharibə əlillərinə maliyyə dəstəyinin göstərilməsi, müalicəsi və sosial durumlarının yaxşılaşdırılması məsələsinin bundan sonra da prioritet təşkil edəcək.



Xəbəri paylaş

1300 dəfə oxunub.

Digər xəbərlər