Saytımızı qiymətləndirin


 
 

“Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə...” – Prezident
Tarix: 24-09-2021 | Saat: 12:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə, onda biz də Ermənistana cavab olaraq ərazi iddiaları sürməyə məcbur olacayıq”.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Milli Müdafiə” jurnalına müsahibəsi zamanı açıqlam verib.

 

Prezident Ermənistanın hələ də Dağlıq Qarabağın statusunu qaldırmaq cəhdlərinin perspektivsiz olduğunu deyib.

“Təəssüf ki, hələ də Dağlıq Qarabağın statusu məsələsi qaldırılır, bu tamamilə perspektivsizdir. Düşünürəm ki, bu Ermənistanın hazırkı acınacaqlı durumunda təhlükəli və zərərlidir. Onlar İkinci Qarabağ Müharibəsinin dərslərini unutmamalıdır. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə, onda biz də Ermənistana cavab olaraq ərazi iddiaları sürməyə məcbur olacayıq. Tarixi məxsusluq baxımından bizim Zəngəzura yaxud Göyçə gölü hövzəsinə iddia irəli sürməyimiz üçün daha çox əsasımız var. Amma biz bunu etmirik”.

 

İlham Əliyev kapitulasiya aktı imzalayan Ermənistanın Dağlıq Qarabağdan danışmasına haqqı çatmadığını əlavə edib.

“Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bura bizim ərazidir və onun inzibati quruluşunu biz müəyyən edirik”, - deyə prezident söyləyib.



Xəbəri paylaş

318 dəfə oxunub.

Digər xəbərlər