Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu açıqlanıb
Tarix: 20-09-2021 | Saat: 12:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sabahın hava proqnozu açıqlanıb

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Qarabaginfo.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 761mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.



Xəbəri paylaş

274 dəfə oxunub.

Digər xəbərlər