Tarix: 10-09-2021 | Saat: 14:51
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Türkdilli dövlətlərin investisiya fondunun yaradılması prosesi yekunlaşmaq üzrədir.
Qarabaqinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, layihə bir neçə il bundan öncə başlanılıb ki, bu istiqamətdə hazırlıq işləri bitmək üzrədir: "Yaradılacağı vaxtda həmin fond bizim ölkələrimizdə reallaşan investisiya layihələrində səhmdar kimi iştirak edə bilər və bununla da, ölkələr arasında birgə layihələrin və ümumilikdə, ticarət, kommersiya, iqtisadi inteqrasiyanın sürətləndirilməsinə töhfəsini verə bilər".
Fondun yaradılması onun qurucu ölkələrində infrastrukturun inkişafı, biznesin maliyyələşdirilməsi və müəyyən ölkələrin iqtisadiyyatlarının qarşılaşdıqları investisiya layihələrində maliyyə çatışmazlığı ilə maneələrin aradan qaldırılması naminə əlavə resursların səfərbər edilməsinə kömək edəcək. Apa
Digər xəbərlər