Saytımızı qiymətləndirin


 
 

Səhiyyə Nazirliyinin baş mütəxəssisləri mütəxəssis-ekspertlərlə əvəz olunacaq
Tarix: 08-09-2021 | Saat: 11:29
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

AMEA-nın ümumi yığıncağı və Səhiyyə Nazirliyi kollegiyasının birgə elmi sessiyası keçiriləcək - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq təcrübəyə əsaslanaraq tibbi innovasiyaların tətbiqi, tibb elminin nailiyyətlərinin təhlili, xəstəliklərin diaqnostikası və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək.

Səhiyyə Nazirliyindən Qarabaginfo.az-a bildirilib ki, indiyədək mövcud olan “Baş mütəxəssis” institutunun mütəxəssis-ekspertlərlə əvəz olunmasında əsas məqsəd müraciət hallarının daha operativ şəkildə araşdırılması, şəffaflığın, səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqindən ibarətdir.

Mütəxəssis-ekspertlərin vəzifələrinə tibbin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq; tibbi innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək; kodlaşdırma proseduru və müvafiq sahə üzrə ölüm səbəbinin seçilməsi üçün metodik təlimatları hazırlamaq; səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək və digər məsələlər aiddir.

Qeyd edək ki, mütəxəssis-ekspertlər könüllü olaraq yazılı razılıq əsasında səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin ediləcək.



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər