Saytımızı qiymətləndirin


 
 

Gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim edilib
Tarix: 08-09-2021 | Saat: 09:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim edilib

Bu gün yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim edilib.

Qarabaginfo.az xəbər ki, Fərid Qayıbovu kollektivə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev təqdim edib. İlk olaraq gənclər və idman naziri Azad Rəhimovun xatirəsi yad edilib.

Y.Məmmədəliyev Azad Rəhimovun gənclər və idman siyasətindəki uğurlarından söz açıb. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayibov gənclər və idman naziri təyin olunub: "O, idman ictimaiyyətində yaxşı tanınan biridir. İdman sahəsində biliyi, təcrübəsinə görə ölkə rəhbəri tərəfindən bu məsul vəzifə ona həvalə edilib. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, bizi qürurlandırır. Uğurlara baxmayaraq, bəzi çatışmazlıqlara diqqət yetirməliyik".

O bildirib ki, 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbədə vətənpərvər ruhda yetişdirilmiş gənclər aparıcı rol oynayıb: "Əminəm ki, nazirliyin yeni rəhbəri öz işlərini uğurlara həyata keçirəcək. Doğma ölkəmiz üçün birlikdə uğurlara nail olacağıq".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov gənclər və idman naziri təyin olunub.(Apa)



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər