Saytımızı qiymətləndirin


 
 

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2248-ə çatıb
Tarix: 07-09-2021 | Saat: 08:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2248-ə çatıb

Avqustun ortalarında Haitidə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2248 nəfərə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Dominican Today” sentyabrın 6-da ölkənin mülki müdafiə xidmətinə istinadən məlumat yayıb.

Eyni zamanda, azı 12 763 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha 329 nəfər itkin düşüb.

Daha iki nəfərin öldüyü də təsdiqlənib, ancaq onların təbii fəlakət nəticəsində ölüb-ölmədiyi bilinmir.

Qeyd edək ki, avqustun 19-da Haiti rəsmiləri zəlzələ nəticəsində 2189 nəfərin öldüyünü bildirmişdi.

Xatırladaq ki, avqustun 14-də Haiti sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. Bundan sonra ölkədə bir aylıq fövqəladə vəziyyət rejimi elan edilib. Dağıntılar nəticəsində ölkəyə 1,12 milyard dollar ziyan dəydiyi bildirilir.



Xəbəri paylaş

1297 dəfə oxunub.

Digər xəbərlər