Rusiya və Azərbaycan Qarabağda rus sülhməramlılarının mandatı ilə əlaqəli əlavə hüquqi mexanizmləri həqiqətən müzakirə edirlərsə, bu o deməkdir ki, Ermənistan mərhələli olaraq Qarabağla bağlı proseslərdən çıxarılacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.
“Azərbaycanın hədəfi odur ki, Ermənistan Qarabağla bağlı məsələlərdə oyundan çıxsın və proses Rusiya-Azərbaycan ikitərəfli formatında davam etsin”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan və Rusiyanın Qarabağda sülhməramlıların mandatıyla bağlı əlavə hüquqi mexanizmləri müzakirə etdiyini bəyan etmişdi./axar.az/