Saytımızı qiymətləndirin


 
 

Tərəkəmənin çin olan arzusu
Tarix: 04-09-2021 | Saat: 23:24
Bölmə:Karusel / Yazar | çapa göndər

 

Mən bir insan kimi dünyanın ən şansız və həm də ən şanslı insanıyam. Şansım yoxdur ona görə ki, 1993-cü ildə 13 yaşımda doğulduğum kənddən köçkün düşmüşəm, şanslıyam ona görə ki, 2020-ci ildə müzəffər rəhbərin və qəhrəman oğulların sayəsində tərk etdiyim kəndimə geri dönmüşəm. Sonuncuya görə canından keçmiş vətən övladlarına Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram.

 

Bu gün dünyanın aparıcı iqtisadi təhlil mərkəzləri Azərbaycan iqtisadiyyatının inkişafı və bu inkişafın dayanıqlılığı haqda geniş araşdırma və təhlillər verirlər. Ölkə iqtisadiyyatının inkişafının böyük hissəsi neft sektorunu payına düşsə də son illərdə qeyri-neft sektorunun yüksəlişi nəzərə çarpaca qdərəcədə artmışdır.

Bu sahələr içərisində kənd təsərrüfatının xüsusi çəkisi var. Son illərdə ölkənin ayrı-ayrı bölgələrində yaradılmış iri təsərrüfatlar, aqro parklar, bağ və plantasiyalar, aqrar sənaye müəsisələri, aqrar-biznes qurumları bu sahənin nə qədər öməmli olmasından xəbər verir.

Respublikamızın kənd təsərrüfatı üzrə ixtisaslaşmış bölgələrindən biri də Füzuli rayonudur. Rayonumuz Sovet dönəmində dənli və texniki bitkilər, heyvandarlıq, quşçuluq və kümçülük (baramaçılıq) üzrə qabaqçıl rayonlar cərgəsində olmuşdur.

Rayon ərazisində yaşayan insanların daha qədim və ən gəlirli peşə sahəsi heyvandarlıqdır. Tarixi mənbələrdə Qarabağın bu hissəsində yaşayıb köçəri maldarlıqla məşğul olan tərəkəmə-elatlar haqda yüzlərlə məlumat və faktlar var. Bu elatlar içərisində Hacılı, Yağlıvənd, Seyidəhmədli, Dilağarda, Veysəlli və s. obaların Kiçik Qafqazın yamaclarında otlaqları, Muğan düzündə isə qışlaqları olmuşdur. Hazırda da rayon ərazisində yaşayan əhalinin əsas məşğuliyyəti hayvandarlıqdır.

1992-ci ilin statistik məlumatına görə həmin ildə rayonumuzda ümumilikdə 33908 hektar otlaq sahəsi, 32642 baş iri buynuzlu mal qara, 109816 baş davar (qoyun-keçi) mövcud idi. Ancaq 1993-cü ildə rayon ərazisinin ermənilər tərəfindən işğalı nəticəsində  bütün sahələrdə olduğu kimi heyvandarlığa da böyük ziyan dəymişdir. Belə ki, 1993-cü ildə ölkənin 60 rayon və şəhərinə köç etmək məcburiyyətində qalan füzulilərin təsərrüfatında 8124 baş iri buynuzlu və 42115 baş davar qeydiyyata alınmışdır. Ancaq 1994-cü ilin uğurlu hərbi əməliyyatları nəticəsində rayonun 22 kəndi, 1qəsəbəsi qəsbkarlardan təmizlənmiş, əhali tədricən bu ərazilərə qayıdaraq təsərrüfatlarını yenidən bərpa etmişdir. 2020-ci ilin yanvar ayına olan məlumata görə rayonlardakı fərdi təsərrüfatlarda 37096 baş iri buynuzlu, 139576 baş qoyun-keçi bəslənilir. Nəzərə alsaq ki, 2-ci Qarabağ müharibəsindən əvvəl heyvandarlıq üçün coxda əlverişli şərait yox idi, su və otlaq problemləri mövcu idi. Sovet dövründə Laçın, Kəlbəcər və Zəngəzur ərazilərində olan yaylaqlara köç edən qoyun sürülərimiz bu yaylaqlardan məhrum olmuşdurlar. Bu da öz növbəsində qış yatağı üçün nəzərdə tutulan arialda yayın quraq və isti iqliminə dözməyən heyvanlarda xətəliklərə və itkiyə səbəb olurdu.

Bu gün rayon əhalisini 40 %  Bakı, Sumqayıt və digər şəhərlərdə yaşayır. Daim torpaqla təmasda olmuş füzulilər təsərrüfatdan ayrı düşüblər. Ancaq cox sevindirici hal  budur ki, bu insanlar tezliklə öz yurdlarına qayıdıb halal zəhmətlə bərəkətlərini artırmaq istəyirlər. İşğaldan azad olunmuş ərazilərimizdə dövlətimiz tərəfindən aparılan abadlıq, bərpa və quruculuq işləri onu deməyə imkan verir ki, biz bu torpağa bir düşüb min olacağıq. Son illərdə ölkə rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə az təminatlı ailələrə özünüməşğulluq proqramı ilə verilən maddi dəstək bütün sahələrdə olduğu kimi heyvandarlığa da bir təkandır. Mən inanıram ki qısa vaxt ərzində qüdrətli Azərbaycanın gülüstana cevrilən rayonu -  Füzuli ölkəmizin iqtisadiyyatına, vətəndaşlarımızın rifahına əvəz olunmaz tövhə verəcək

Neçə illər bundan əvvəl rəhmətlik babam mənə deyərdi ki, qoyun peyğəmbər süfrəsidir. Ruziniz və süfrəniz bərəkətli olsun!

Mirmehdi RƏSUL

 

 



Xəbəri paylaş

1393 dəfə oxunub.

Digər xəbərlər