Saytımızı qiymətləndirin


 
 

AK komissarı AB ölkələrini Əfqanıstandan qaçqın qəbulu üzrə kvotanı artırmağa çağırıb
Tarix: 01-09-2021 | Saat: 09:00
Bölmə:Karusel / Dünya | çapa göndər

AK komissarı AB ölkələrini Əfqanıstandan qaçqın qəbulu üzrə kvotanı artırmağa çağırıb

 

Avropa Birliyi (AB) ölkələri Əfqanıstandan qaçqın qəbulu üzrə kvotaları artırmalıdır.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının daxili işlər üzrə komissarı İlva Yohansson bildirib.

“AB üzv ölkələrini insanların qəbulu üzrə kvotaları artırmağa çağırıram, xüsusən də Əfqanıstandan”, - deyə Yohansson “Handelsblatt” qəzetinə verdiyi müsahibədə qeyd edib.

Onun sözlərinə görə, Avropa həmrəylik nümayiş etdirməli və müdafiəyə ehtiyacı olanları qorumalıdır. Bununla yanaşı, o əlavə edib ki, xüsusilə müdafiəyə ehtiyacı olan insanların sayı Əfqanıstandakı hadisələrin inkişafından asılı olacaq.

Bundan əvvəl İ.Yohansson bildirib ki, Avropa Komissiyası sentyabr ayında əfqan qaçqınların köçürülməsi məsələsini müzakirə etmək üçün xüsusi yüksək səviyyəli forum təşkil edəcək.



Xəbəri paylaş

1308 dəfə oxunub.

Digər xəbərlər