Bizim PUA-lar Laçın dəhlizinə girə bilirmi? -Ruslar orada PUA-lara qarşı təlim keçir...-FOTO
Tarix: 30-08-2021 | Saat: 10:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1525 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-08-2021 | Saat: 10:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Rusiya sülhməramlıları mütəmadi döyüş təlimləri çərçivəsində şərti düşmənin pilotsuz təyyarələrdən istifadə edərək mümkün pozuntularının qarşısını almaq və Dağlıq Qarabağın Laçın dəhlizindəki müşahidə məntəqələrində təhlükəsizliyi təmin etmək məqsədilə təlim keçirib. Məşğələlər 6 tədris ərazisində keçirilib.

Təlimlərin əsas məğzi müşahidə məntəqəsinin məsul olduğu ərazidə pilotsuz uçuş aparatını (PUA) aşkar etmək və qapalı rabitə kanalları vasitəsi ilə Rusiya sülhməramlı kontingentinin komandanlıq məntəqəsinə məlumat ötürülməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi idi...”
Qarabaginfo.az xəbər verir ki, bu cümlələr Rusiya Müdafiə Nazirliyinin(MN) rəsmi saytının Azərbaycan torpaqlarındakı rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingentinin fəaliyyəti haqda 30 avqust Bakı vaxtı ilə saat 06:00-a olan məlumatındandır.

Zəruri şərh:
Göründüyü kimi, Rusiya MN növbəti dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik edərək “Dağlıq Qarabağın Laçın dəhlizi” ifadəsini işlədir.
Azərbaycan PUA-larının Laçın dəhlizi və Rusiya hərbçilərinin nəzarətində olan digər əraziləri üzərində uçuşuna icazə verilib-verilməməsi haqda rəsmi məlumatımız yoxdur...
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
13-02-2022, 15:33
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər
26-11-2024, 08:10
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
10-12-2020, 13:09
"Prezident: "Azərbaycan xalqı qardaş Türkiyənin qəti və birmənalı dəstəyinin bir daha şahidi oldu
22-04-2022, 18:34
Fransa Ukraynaya ağır artilleriya silahları göndərir
29-03-2023, 16:36
Formula 1-lə əlaqədar viza prosedurları sadələşdirilir
9-07-2025, 08:59
ABŞ Şimali Koreya və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib
1-09-2023, 17:35
Putin və Ərdoğan nələri müzakirə edəcək...






" style="width: 670px; height: 340px;">








