Saytımızı qiymətləndirin


 
 

Qəşəm Nəcəfzadənin adı Şuşaya gedən şairlər siyahısından niyə çıxarılıb - ŞOK SƏBƏB
Tarix: 29-08-2021 | Saat: 10:13
Bölmə:Karusel / Mədəniyyət / Qarabağ | çapa göndər

 

Tanınmış şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə Şuşaya aparılmamasının səbəbini açıqlayıb .

Qarabaginfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə status yazıb. Şair qeyd edib ki, əvvəlcə onun adı Şuşaya gedənlər siyahısında olsa da, sonradan bilinməyən səbəbdən siyahıdan çıxarılıb:

"Sabah Şuşaya şairlərlə mən də gedəcəkdim. Ən böyük arzum və haqqım idi. Adımı Anar siyahıya yazmışdı. Məni çağırmadılar amma... (Şuşa davası eləmirəm, nə xoş ki, Şuşa bizimdir. Sadəcə bir neçə dəfə belə hadisə olub). Guya deyirlər adını Fonddan pozublar. Sonra deyirlər, Administrasiyadan pozublar. Nə bilim, kim pozub? 60 yaşımı adlamış bir ziyalı , Əməkdar Mədəniyyət işçisi kimi, tanınmış şair kimi niyə mənim adım mədəniyyət, ədəbiyyat siyahısından pozulmalıdır? Ev, fəxr ad siyahısından pozdular yaxşı elədilər, bəs Şuşaya nə söz? Mən sizə nə pislik eləmişəm, ancaq vətənimə, dövlətimə, xalqıma şeir yazmışam, ayrı nə eləmişəm? Niyə hakimiyyətə qarşı adamın inamını sındırırsınız? Niyə adamı məhv edirsiniz?"




Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər