Saytımızı qiymətləndirin


 
 

Qaçanda özüylə 169 milyon dollar aparıb...
Tarix: 18-08-2021 | Saat: 17:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni paytaxt Kabili  “Taliban”a döyüşsüz təslim edərək ölkədən qaçarkən özüylə 169 milyon dollar nəğd pul aparıb. Virtualaz.org xəbər verir ki, bu məbləği Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Aqbar Düşənbədə keçirdiyi mətbuat konfransında açıqlayıb.

Səfir prezident Qəninin ölkədən qaçmasını “dövlətə və millətə xəyanət” adlandırıb. O, habelə vitse-prezident, hazırda Pəncşir dərəsində əfsanəvi səhra komandiri Əhməd Şah Məsudun oğlu ilə birlikdə “Taliban”a qarşı müqavimət formalaşdırmağa çalışan, özünü Konstitusiyaya əsasən ölkənin prezidenti elan edən Əmrulla Salehi dövlət başçısı kimi tanıdığını bildirib. 

Diplomat vəd edib ki, Əşrəf Qəninin həbs edilib beynəlxalq məhkəməyə verilməsi üçün İnterpola müraciət edəcəklər.

Keçmiş prezidentin hazırda Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilir. Daha əvvəl açıqlanmışdı ki, Qəninin təyyarəsi əvvəlcə Tacikistana uçub, Düşənbənin üzərində dövrə vurub və aviadispetçerlərin təyyarənin sonrakı uçuş marşrutunu razılaşdırmasını gözləyib. Daha sonra Qəninin təyyarəsi Omana istiqamət götürüb.

Rusiyanın Kabildəki səfirliyindəki mənbələr deyiblər ki, Əşrəf Qəni prezident iqamətgahını vertolyotla tərk edərək aeroporta gedib. Onun köməkçiləri 4 avtomobil dolu nəğd pulu vertolyota yükləyiblər, pulların bir hissəsi vertolyota yerləşməyib və elə uçuş meydançasında qalıb.

virtualaz.org



Xəbəri paylaş

1301 dəfə oxunub.

Digər xəbərlər