Saytımızı qiymətləndirin


 
 

Azərbaycanlı yanğınsöndürənlərin ilk qrupu Türkiyədən Vətənə qayıdıb
Tarix: 16-08-2021 | Saat: 14:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin ilk qrupu bu gün Vətənə qayıdıb.

Qarabaginfo.az xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq hava limanında FHN-in qardaş ölkədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi işləri üçün yanğınsöndürmə qruplarına cəlb olunan texnika və heyətinin qarşılanma mərasimi olub.

Qeyd edək ki, axşam saat 11 radələrində heyətin ikinci qrupu hava limanına çatacaq. Quru yolu ilə gələn texnikalar isə bu gün Türkiyədən Vətənə yola düşüblər.

Xatırladaq ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.



Xəbəri paylaş

301 dəfə oxunub.

Digər xəbərlər