Saytımızı qiymətləndirin


 
 

Xarici qonaqlar Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanış olublar
Tarix: 12-07-2026 | Saat: 22:27
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xarici qonaqlar Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanış olublar

IV Şuşa Qlobal Media Forumu çərçivəsində xarici qonaqlar Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanış olublar.

Qarabaginfo.az xəbər verir ki, qonaqlara küçədə həyata keçirilən tikinti və abadlıq işləri, həmçinin burada yaradılan müasir infrastruktur barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.

Sözügedən küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı10 bina inşa edilib.

Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib.\Apa



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər