Saytımızı qiymətləndirin


 
 

Putin: "Rusiyanın bəzi bölgələrində yaşanan təbii fəlakətin miqyası misli görünməmişdir"
Tarix: 14-08-2021 | Saat: 17:38
Bölmə:Karusel / Region | çapa göndər

Putin: "Rusiyanın bəzi bölgələrində yaşanan təbii fəlakətin miqyası misli görünməmişdir"

 


Hazırda Rusiyanın bəzi bölgələrində yaşanan təbii fəlakətin miqyası misli görünməmişdir.

Qarabaginfo.az TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin bir sıra bölgələrində baş verən daşqın və meşə yanğınlarının nəticələrinin aradan qaldırılmasına həsr olunmuş iclasda deyib.

"İlk növbədə, Yakutiyada baş verən təbii yanğınlardan, həmçinin Krım və Krasnodar diyarında yaşayış məntəqələrinin su basmasından danışacağıq. Bəzi bölgələrdə baş verən təbii fəlakətlərin miqyası və xarakteri tamamilə görünməmiş dərəcədədir. Məsələn, cənubda bəzən bir neçə saat ərzində aylıq yağıntı düşür. Sibirdə, Uzaq Şərqdə iqlim və atmosfer şəraiti quraqlığa, meşə yanğınlarına və küləyin əsməsi bu yanğınların sürətlə yayılmasına səbəb olub", - deyə Vladimir Putin bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, bütün bunlar gələcək naminə iqlim və ətraf mühit gündəmi ilə dərin, sistemli şəkildə məşğul olmağın vacibliyini göstərir.



Xəbəri paylaş

1332 dəfə oxunub.

Digər xəbərlər