Saytımızı qiymətləndirin


 
 

61 toya 619 nəfər buraxılmadı
Tarix: 12-08-2021 | Saat: 10:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

61 toya 619 nəfər buraxılmadı

 

Avqustun 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 619 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.



Xəbəri paylaş

282 dəfə oxunub.

Digər xəbərlər