Saytımızı qiymətləndirin


 
 

Aşağı Ağcakənd qəsəbəsi Allahın ümidinə qalıb
Tarix: 02-08-2021 | Saat: 11:07
Bölmə:Karusel / Region / Problem | çapa göndər

 

 

 

İyul ayının 7-də atamın əlini pişik cırmaqladığını eşidəndə çox narahat oldum. Tanış həkimlərə zəng edib nə etmək lazım olduğunu soruşdum. Demək olar ki, hamısının tövsiyəsi eyni oldu:

– Mütləq həkimə müraciət olunmalı və qrafikəsasında vaksin vurulmalıdır. Xəstə 7-10 gün ciddi,3 ay isə vaxtaşırı həkim nəzarətində olmalıdır. Və əlavə etdilər ki, vaksinin birinci dozası 24 saatdan gec olmayaraq vurulmalıdır.

Atama zəng edib, bildirdim ki, təcili Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Xəstəxanasına müraciət etməlidir. O, qonşu ilə Xocalı rayon Xəstəxanasına gedib. Xəstəxanadaona deyiblər ki, “bizdə quduzluq əleyhinə vaksin yoxdur, tapın gətirin,vuraq”. Vaksin tapmaq üçün qəsəbədə fəaliyyət göstərən aptekin nümayəndəsi Rəfayıla müraciət etməyi də unutmayıblar.

Səhiyyə sistemində çalışan və bu sahədən xəbəri olan istənilən şəxs bilir ki, yuxarıda qeyd etdiyimiz kimi,vaksin xəstəxana şəraitində qrafikə uyğun vurulmalıdır və xəstə, bir daha qeyd edirəm, mütləq 7-10 gün ciddi olmaq şərtilə 3 ay həkim nəzarətində olmalıdır.

Əslindəbu vaksin aptekdə satılmır, satılması da heç doğru deyil, çünki həkim nəzarətində qarafiklə vurulmalı olan, satışına icazə olmayan xəstəliklərə qarşı müalicə peyvəndləri üçün qoruyucu maddə aptekdə necə satıla bilər? Bunu adi tibb bacısı bildiyi halda, Xocalı rayon Xəstəxanasının baş həkimi Aqil Məmmədov və onun rəhbərliyi altında çalışan həkim-pediatr Mütalim Cəfərov bilmirlərsə, çox pis, bilib xəstəyə qarşı belə laqeyid münasibət göstərirlərsə, ondan da pis.

Kağız parçasına altı dəfə vurulmalı olan vaksinin 3 dəfə üçün qrafikini yazıb xəstəyə təqdim etməklə iş bitmir. Siz onu Təcilli Yardım maşını ilə Goranboy rayon xəstəxanasına və ya Naftalan şəhər xəstəxanasına göndərməliydiniz. Və hər ikitibb müəssisəsində bu vaksin olduğu halda (aşağıda bu məsələyə aydınlıq gətirəcəyəm) siz bunu etməmisiniz.Artıq bir növ şablona çevrilmişHippokrat andı bir yana, bəs Allahın sizə verdiyi insanlığı və layaqəti hara qoydunuz? Xocalı faciəsi zaman 47 gün erməni-faşist əsirliyində olmazın işgəncələrə məruz qalmış 81 (sənəddə belə yazılsa da, əslində 84) yaşlı ağsaqqal kişinin həyatı ilə oynayanda vicdanınız sızlamadımı? Sizin nəslinizdə, ətrafınızda yaşlı insan yoxdurmu, yoxsa onlara qarşı da bu qədər laqeyid münasibət göstərirsiniz? Mətləbdən uzaqlaşmayım....

Vaksinin birinci dozasını əzzaçı Rəfayılın vasitəçiliyi ilə gətirdib vurdunuz, bəs sonra? İkinci və üçüncü dozanı tapa bilməyəcəkdinizsə, nəyə görə birinci dozanı vururdunuz? Çünki insanların sadəlövhlüyündənistifadə edərək bir doza vaksin vurmaqla onları yola verirsiniz. Bu dəfə bu alınmadı. Və ya mənim Facebook statusumdan əsəbləşib 2-ci dozanı gətirtmədiniz ki, “indi get özün tap vurdur”.

Sizə güvənən sizin gününüzə qalsın. Mən birinci dozanı hansı zülümlə vurduğunuzu gördükdən sonra özüm hərəkətə keçdim. Əslində birinci dozanıda, Bərdədən siz gətirtməmişdiniz, bizRəfayıla sifariş etmişdik. TƏBİB-in nümayəndəsi işə qarışandan sonra, elə qələmə verdiniz ki, guya vaksini siz sifariş etmisiniz. Bütün bunlar bir yana, utanmadan biriniz vaksinə 16 manat, digəriniz isə taksiyə iki manat verdiyinizi dilə gətirdiniz. Elə bu səbəbdən də ikinci və üçüncü dozanı vurulması üşün Aqil Məmmədovun və Mütalim Cəfərovun qulağının dibində yerləşən Naftalan şəhər və Goranboy rayon xəstəxanaları ilə əlaqə saxladım. Hər iki tibb müəssisəsindən bildirdilər ki, quduzluğa qarşı vaksinlə bağlı heç bir problem yoxdur, xəstəni gətirin vaksinvuraq. Təmənnasız...

 

 Ancaq, Aqil Məmmədov İcbari Tibbi Sığort üzrə Dövlət Agentliyinin (İTSDA)əməkdaşına bildirib ki, “hər yeri axtarmışam, heç yerdə vaksin yoxdur, 3-cü gün Bakıya gəlib vaksin gətirəcəm, onda 2-ci doza vurulacaq”. Onun rəhbərlik etdiyi xəstəxananın həkim-pediatrı Mütalim Cəfərov tərəfindən yazılan qrafikdə göstərilib ki, birinci doza 07. 07. 2021, ikinci doza 10. 07. 2021, üçüncü doza isə 14. 07. 2021-ci il tarixində vurulmalıdır. Sonrakı üç dozadan isə xəbər yoxdu. Əgər bu vaksin yeddi gündən bir vurulmalıdırsa nəyə görə vaksin olmadığı halda Mütalim Cəfərov qrafikdə üç gündən bir yazıb? Ola bilər ki, bu, Mütalim Cəfərovun infeksionist yox, pediatrıolması ilə bağlıdır....Siz özünüzü o qədər güclü sayırsınız ki, tibb elminin qoyduğu qaydalara belə hökm edirsiniz? Birhəkim üçün bu qədər yalan danışmaq bir az çox deyil? Məsələ ilə bağlı əlaqə saxladığım infeksionistlərin hamısı bildirdi ki, quduzluq əleyhinə vaksin vaxtı dəyişmədən aşağıdakı qrafik üzrə vurulmalıdır: “1-ci gün, 3-cü gün, 7-ci gün, 14-cü gün, 30-cu gün və 90-cı gün”. Əgər siz tibb elminə yenilik gətirmək istəyirsinizsə, bu yeniliyi doğmalarınızın üzərində sınaqdan keçirin. 

10 iyul 2021-ci il, saat 12 radələrində Görnaboy rayon Xəstəxanasında atama ikinci doza vaksin vuruldu. Bəs görəsən Aqil Məmmədov, “hər yeri axtarmışam” deyəndə haranı nəzərdə tutub? Bəlkə rayonsəfərbərlik şöbəsinivə ya musiqi məktəbini?Olmaya Qaraçayın ətrafında rəhbər şəxslərə məxsus restoranları nəzərdə tutub? İkinci və üçüncü dozanı tapmaqda aciziydinizsə, nəyə görə birincini vururdunuz? “Gedin tapın gətirin, vuraq” deməkdənsə, Goranboy rayon və ya Naftalan şəhər və xəstəxanaları ilə əlaqə saxlayıb vaksini həmin xəstəxanalarda vurdurmağı tövsiyə edə bilərdiniz. Hətta xəstəni Təcili Tibbi yardımı maşını(Mütalim Çəfərovun təmsil olunduğu xəstəxananın təcili tibbi yardım maşını olmadığına görə bunu etmədiklərini bildirdi...) ilə qonşu rayonlaradan birinə göndərilməsini təmin etməliydiniz, amma etməmisiniz...

Vəzifəsi insana vaksin vurmaq olan Mütalim Cəfərov atama deyib ki, oğlunuz o statusu yazmaqla bizi xeyli ziyana salıb. Bunlar hər şeyi, hətta insan həyatını maddiyatla ölçürlər. Elə həmin Mütalim Cəfərov əvvəl Xocalı rayon Xəstəxanasının vaksinlə təmin olunmadığını söyləsə də, sonradan vaksin aldıqlarını, ancaq xəstə çox olduğuna görə qurtardığını bildirib. Yəqin ki, sonradan anlayıb ki, vaksin verilmir deməsi ona problem yaradabilər.

 

Xocalı rayon Xəstəxanasının ərköyün həkimi – Mütalim Cəfərov

 

     Aşağı Ağcakənd qəsəbəsinə getdiyim günün səhəri 24 iyul 2021-ci ildə Bərdə şəhərindən vaksini gətirən taksiyə çatacaq 2 (iki) manatı ödədim. Sonra vaksinə verilən 16 (on altı) manatı ödəmək üçün xəstəxanaya yollandım. Baş həkimin otağını axtaran zaman 15-ci otağın qarşısında qarşıma çıxan, adını bilmədiyim xanım həkim kimi axtardığımı soruşdu. Baş həkimlə görüşmək istədiyimi bildirdim. Xanım bildirdi ki, baş həkim işdə yoxdur.

–Ancaq nə sözünüz var,Mütalim həkimə deyə bilərsiniz, – deyib, qarşısında dayandığım qapısı açıq olanotaqda oturan şəxsi göstərdi.

İçəridə daha iki həkim olduğuna görə onların çıxmasını gözlədim. Xanımlardan biri otaqdan çıxsa da, digəri yerindən tərpənmədi. Mən təklikdə söhbət etmək istədiyimi hiss etdirsəm də, həkim əhəmiyyət verməyib nə istədiyimlə maraqlandı. İçəri daxil olub, salamlaşdıqdan sonra həkimə atama vurlan vaksinin pulunu ödəmək istədiyimi bildirdim. Həkim mənim kim olduğumu bilən kimi yayxandığı kresloda özünü bir az düzəldib, əl-qolunu havada yellədə-yellədə baş verənləri özünəsərf edən formada təsvir etməyə başladı. Mən ona nəyin necə olduğun ikimizində gözəl bildiyimizi dedikdə, özündən razı halda bildirdi ki, mən demişəm “gedin vaksini alın gətirin mən vurum”. Bu sözü dediyinə görə utanmaq əvəzinə, hələ meydan oxuyurmuşkimiyenidən təkrar edir. Mən ona bunun doğru olmadığın söyləsəm də, o, etdiyi səhvləri etiraf etmək əvəzinə düz hərəkət elədiyini, guya haqlı olduğunu mənə qəbul etdirmək üçün israr edirdi. Mən ona “siz” deyə müraciət etsəm də, o, öz ampluasında qalaraq mənə “ə” deyə müraciət etməkdə davam edirdi. Ondan mənə qulaq asmasını xahiş etdikdə, balaca uşaq təkinaz edirmiş kimi, mənə qulaq asmaq istəmədiyini söylədi. Dinləmək də böyük mədəniyyət sahibi olmaq deməkdir... Bu ağ xalatlı şəxslə normal söhbətin alınmayacağını görüb otağı tərk etdim.

Ancaq Mütalim Cəfərov unudur ki, müasir dövrdə insanbir sözü demək istəyirsə, mütləq deyəcəkvə ünvanına çatması üçün də nə lazımdırsa edəcək. Xocalı Rayon Xəstəxanası sizin şəxsi mülkünüz deyil ki, insanlarla istədiyiniz kimi davranasınız. 5-10 nəfərlə söhbətdən sonra sizin hansı “qayda”larla işlədiyiniz məlum oldu. Hətta sakinlərdən birinin dediyi söz heç yadımdan çıxmayacaq: “Mütalim yodu belə qarşılığı olmadan adamın əlinə sürtməz”. Yəqin ki, sizi belə havalı edən, təmsil olunduğunuz qurumun yuxarı insatansiyalarını belə saymamağınızın əsl səbəbi elə bu amildir...

  Mütalim Cəfərovla söhbətdən sonra bir qohumumun “Aqil Məmmədov alicənab adamdır” sözünə az da olsa haqq verdim. Çünki o məsələnin müsbət həlli üçün gec də olsa cəhd etdi. 

Belə başa düşmək olar ki,baş verənlərin və kobudluqların əsl səbəbkarı Mütalim Cəfərov olub. Bir maraqlı məqam da ondan ibarətdir ki, Mütalim Cəfərovu xəstəxanada atama qarşı baş verən hadisənin daha da qabarıqformada ictimailəşməsində maraqlı gördüm. Yəqin, hesab edir ki, onun bütün kobudluqlarına və səhvlərinə görə baş həkim Aqil Məmmədov cavab verəcək. Ola bilər ki, məsələnin böyüməsi Mütalim Cəfərova sərf edir. Hökumət idarələrində bu kimi hallar az olımur. Yuxarı vəzifədə olanların ayağının altını müxtəlif üsullarla qazımağa çalışırlar. Ancaq Mütalim Cəfərovun anlamadığı bir nüans var ki, baş həkim olmaq üçün təkcədiplom yetərli deyil. Hələ savadının hansı səviyyədə olması da şübhə altındadı….

Hər halda səviyyə oturduğu otağın qapısına vəzifəvəad yazılmış kağız parçasının yapışqanlı lentlə taxtaya yapışdırılmasından da görünür. Sanki buraya XXI əsrin 21-ci ili hələ gəlib çatmayıb.

Öz adına və vəzifəsinə bu qədər laqeyid yanaşan birinin xəstələrə yanaşması başqa cür ola da bilməz.  Yəqin ki, baş verənləri TƏBİB və İTSDA araşdıracaq.

 

   

İcbar Tibbi Sığorta üzrə Dövlət Agentliyi Xocalı rayon Xəstəxanasını vaksinlə təmin edibmi?

İcbar Tibbi Sığorta Dövlət Agentliyi (İTSDA) üçün bu məlumatı araşdırmaq çətin deyil. Yəqin ki, vaksinlər kimə necə gəldi verilmir. Bunun bir haqq-hesab dəftəri var. O zaman İTSDA 2021-ci ildə Xocalı rayon Xəstəxanasına nə qədər quduzluq əleyhinə vaksinin verildiyini və bu vaksinlərdən nə qədərinin Xocalı rayon sakinlərinə vurulduğunu asanlıqla müəyyən edə bilər. Bu vaksin pərakəndə formada vurulmadığına görəstatistika onlarda olmalıdır. Aşağı Ağcakənd qəsəbəsinin dağlıq ərazidə yerləşməsini və insanların hevandarlıqla məşğul olmasını nəzərə alsaq, Xocalı rayon Xəstəxanasının lazımi qədər vaksinlə təmin olunması çox vacibdir. İTSDA öz vəzifəsini yerinə yetirməyibsə səbəb nədir, yerinə yetiribsə vaksinlər hara gedib? Əgər doğrudan da bu vaksinlər ehtimal olunduğu kimi xəstəxananın dəllalları tərəfindən satılırsa, buna cavabdeh olan şəxslər cəzalandırılmalıdır. Satılması mümkün olmayan vaksini “gedin aptekdən alın” deyənlər, yəqin ki, özləri o vaksinləri apteklərdə satdırırlar...

İTSDAyeni yaranan qurum olduğuna görə bəzi məsələlərdə təcürbəsiz ola bilər. Ancaq bu onlara əsas vermir ki, XX əsrin ən ağır faciəsini yaşayan, dəhşətlisoyqırımına məruz qalan Xocalı camaatının taleyi ilə oynasınlar. Bu şəhərin sakinləri insanın başına gələbiləcəkən ağır faciəniyaşayıblar. Onlara yenə də zülm etməyə, bu cür münasibət göstərməyə heç kimin haqqı yoxdur. Mən Xocalı rayon Xəstəxanasını dərmanla təmin etməli olanİTSDA İdarə Heyətinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”sədri cənab Zaur Əliyevə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) İdarə Heyətinin sədri cənab Ramin Bayramlıya müraciət edirəm! Xocalı Rayon Xəstəxanasına lazımi dərmanlarla vaxtında təmin olunması üçün aidiyyatı şöbələrə tapşırıq verin. Hər iki şəxsin diqqətinə çatdırmaq istəyirəm ki, 44 günlük müharibə zaman Xocalı rayon Xəstəxanasının həkimləri və onların buraya təhkim olunan digər həmkarları mərmi altında qorxmadan xidmətlərin davam etdiriblər. Elə bu səbəbdən təminat məsələsində bir çox xəstəxanadan daha öndə olmalıdırlar.

 

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və

millət vəkili Elman Məmmədov hara baxırlar?

 

1991-1993-cü illərdə Azərbaycanda vəziyyəti anlatmaq üçün belə bir deyim vardı:  “Bir ölkənin durumunu öyrənmək istəyirsənsə, onun vağzalına və aeroportuna diqqət yetir”. Niyə bu frazanı yada saldım? Bir rayonun, qəsəbənin vəziyyətini bilmək üçün onun giriş qapısına diqqət yetirmək lazım olduğunu düşünürəm. Aşağı Ağcakənd qəsəbəsində olan insanlar nə demək istədiyimi dərhalanlayarlar. Əsas yoldan ayrılaraq qəsəbəyədönən kimi ilk qarşılaşdığınız mənzərə dağılmış asfalt və küçə ilə axan su olacaq. Mövsümlə bağlı çaykənarı villalarda yaşayış olduğuna görə yola axan suyu hal-hazırda toz əvəz edir. İllərdi belədir. Qəsəbə sakinləri və qəsəbəyə təşrif buyuran qonaqlar bunu təsdiq edə bilərlər. Rayonun rəhbər şəxsləri hər gün hündür təkərləri qaraldılmış bahalı maşınları ilə bu çala-çuxurlarıçirklisu ilə dolu və ya toz-torpağı ətrafa səpələnən yoldan keçib bəzəkli kabinetlərinə daxil olurlar. Ən azı öz rahatlıqları üçün iki araba asfalt və iki metr plastik boru ilə bu problemi həll etmək olmazmı? Xatırladım ki, bu ərazi rayon Xəstəxanasının və Xocalı Rayon İcra Hakimiyyətinin beş addımlığındadır. 

Hələ mən İcra Hakimiyyətinin qarşısındakı yol kəsişməsindən danışmıram. Bura ən ucqar rayonun, ən ucqar kəndindən də pis vəziyyətdədir.  Cənablar, Ulu öndərin və möhtərəm Prezidentin portretləri asılmış sərin kabinetlərdə pəncərənin çölündəki vəziyyətdən bixəbər halda gün keçirməklə dövlətə, dövlətçiliyə, Prezidentə xidmət etmirsiniz. Prezidentə və dövlətə xidmət onun vətəndaşına xidmətdən başlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunu dəfələrlə deyib. Eşitməmisiniz? Görməmisiniz? Ya özünüzü eşitməzliyə, görməzliyə vurursunuz.

     Dünyada iki əlin barmaqlarından az saydaölkənin peyki var. O ölkələrdən biri də Azərbaycandır. Bu günə qədər elə bir ölkə olmayıb ki, işğal olunmuş torpağını öz gücü və ordusu ilə azad edə bilsin. Bunu Azərbaycan bacardı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının düşünülmüş siyasəti, dəmir yumuruğu və Azərbaycan əsgərinin döyüşkən ruhu sayəsində baş veridi. Arada imkanınız olanda, şəxsi mənafelərinizə qulluqdan başınız açılanda ölkə Prezidentinin çıxışlarına qulaq asın. Onun korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işlərdən ibrət götürün. Balaca bir rayonda nə qədər kadr “islahat”ı aparmaq olar? Bir gün o islahat sizə də samil olunacaq...

Milli Məclisdə Ağdam, Xocavənd və Şuşa ilə yanaşı Xocalını da təmsil etməli olan Elman Məmmədov, sizə səslənirəm. Haradasınız? Xocalılılar Ağcakənd qəsəbəsinə köçməyə etiraz edəndə sizi görən olmadı, dövlət hesabına Ağcakənd qəsəbəsinə çəkilən su Xocalı rayonunun rəhbərliyinin göstərişi ilə “Azərsu” ASC-nin Xocalı rayon şöbəsinin(Nazim Səlimov adlı rəisin zamanında) birbaşa iştirakı ilə çaykənarı villalara satılanda da sizi görə bilmədik. İnsanların min bir əziyyətlə yetişdirdiyi məhsulların 3-5 günün içində susuzluqdan yanıb kül olmasından xəbəriniz varmı?  Milli Məclisdə oturub ailənizə və seçkidə sizə “kömək” edən 5-10 nəfərə “gün ağlamaqla” işlər düzəlmir. Arada əhalinin – bütün seçicilərin problemlərinədə diqqətyetirin.  Siz Xocalı rayon İcra Hakimiətinin başçısı olanda xocalılılar üçün daha əlçatan və faydalıydınız... Zaman dəyişib, siz də bir az dəyişin, az da olsa insanlara xidmət göstərin. Boş vaxtınız olanda keçmişinizə nəzər yetirib, gələcəyinizi düşünün.

    Əminəm ki, Xocalı rayonunundigər idarə və müəssisələrində vəziyyət heç də Xocalı rayon Xəstəxanasından yaxşı deyil...

 

Mübarzi Hacıyev

Xocalı şəhər sakini


 



Xəbəri paylaş

12 066 dəfə oxunub.

Digər xəbərlər