Saytımızı qiymətləndirin


 
 

ABŞ Rusiya və Belarusun daha 120 təşkilatına qarşı sanksiya tətbiq edib
Tarix: 01-04-2022 | Saat: 23:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ Rusiya və Belarusun daha 120 təşkilatına qarşı sanksiya tətbiq edib

Birləşmiş Ştatlar Rusiya və Belarusun müdafiə, aerokosmik və dənizçilik sektorları ilə əlaqəli 120 müəssisəyə sanksiyalar tətbiq edir.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyi müvafiq bildirişi rəsmi sənədlər toplusu olan Federal Reyestrdə yerləşdirib.

İddia olunur ki, qara siyahıya salınmış bütün qurumlar Birləşmiş Ştatların milli təhlükəsizlik və ya xarici siyasətinin maraqlarına zidd hərəkət ediblər.

Bununla da siyahıya daxil edilən müəssələr Amerikanın yüksək texnologiya məhsullarını lisenziysız əldə edə bilməyəcək.

Ticarət Nazirliyi Belarusun 24 hüquqi şəxsinə, o cümlədən Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına, Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) və DTK-nın “Alfa” xüsusi təyinatlı dəstəsinə qarşı ixrac sanksiyaları tətbiq edib. Qara siyahıya digərləri ilə yanaşı, Belarus Dövlət Hərbi-Sənaye Komitəsi, Minsk Təkərli Traktor Zavodu (MZKT), həmçinin Qomel Vilayət İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi də daxil edilib.



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər
27-02-2019, 11:49 Paşinyan Tehrana getdi