Saytımızı qiymətləndirin


 
 

Müavinət və təqaüdlər artırılacaq - RƏSMİ AÇIQLAMA
Tarix: 30-07-2021 | Saat: 12:31
Bölmə:Karusel / Sosial | çapa göndər

Bütün müavinət, təqaüd və kompensasiyalar ÖDƏNİLDİ

Təqaüd və müavinətlər artırılması məsələsi daim nəzarətdədir və bunun üzərində iş aparılır.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. Onun sözlərinə görə, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılması son illərdə müşahidə olunur.

"2019-cu ilin aprelində müavinət və təqaüdlər 50-80 faiz arasında artırılıb. Xüsusən 110 və 130 manat olan müavinətlərin məbləği qaldırılıb. Bu məsələ daim ölkə rəhbərliyinin diqqətindədir. Müəyyən proqramlar qəbul edilir, müavinət və təqaüdlərin artırılması da planlaşdırılır".

Sədr müavini həmçinin qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şəhid olanların ailələrinə və qazilərə verilən təqaüdlərdə də artım olub:

"Belə ki, şəhid ailələrinə verilən təqaüdün miqdarı 300 manatdan 500 manata artırılıb. Əlilliyi müəyyən olunmuş şəxslərdə isə əvvəl I, II və III dərəcəli əlilliyə görə verilən 250, 230 və 210 manat təqaüdlər müvafiq olaraq 400, 350 və 300 manata artırılıb. Yaşa görə, əllilliyə və digər müavinətlərin də artırılması diqqət mərkəzindədir". (Trend.az)



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər