Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.
"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatında onun Bakıda NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Baş komandanı Körtis Skaparotti ilə görüşəcəyi bildirilir.
Qeyd olunub ki, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirələr edəcəklər.
"İşgüzar səfər zamanı V.Gerasimovu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək", - Rusiya Müdafiə Nazirliyindən bildirilib.