Saytımızı qiymətləndirin


 
 

Nazir müavini FHN-nin dəvəti ilə Azərbaycana gələn türkiyəli psixoloqlarla görüşüb
Tarix: 13-07-2021 | Saat: 10:22
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Nazir müavini FHN-nin dəvəti ilə Azərbaycana gələn türkiyəli psixoloqlarla görüşüb

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yanvar ayından ölkəmizə gəlmiş və Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyası ilə məşğul olan türkiyəli psixoloqların bir qrupu ilə görüşüb.

Qarabaqinfo.az-nın nazirliyə istinadən çəlumatına görə, görüş zamanı türkiyəli psixoloqların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirən nazir müavini F.Tağızadə onlara təşəkkür edib. O, mütəxəssislərə çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Görüşdə psixoloji yardım işinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, görüləcək işlər müzakirə olunub.

Qeyd edək ki, türkiyəli psixoloqlar göstərdikləri xidmətlərə görə Fövqəladə Hallar Nazirliyinin Fəxri fərmanları ilə təltif olunublar. Fəxri fərmanları qonaqlara FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi general-mayor Elşad Hüseynov təqdim edib.



Xəbəri paylaş

1326 dəfə oxunub.

Digər xəbərlər