Tarix: 08-07-2021 | Saat: 23:37
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkiyənin müdafiə naziri Hulusi Akarla ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin arasında daha bir telefon danışığı olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, 20 ildir Əfqanıstanda olan Türkiyə son 6 ildə Həmid Kərzai adına beynəlxalq hava limanının təhlükəsizliyi və mühafizəsində önəmli rol oynayır: "Əfqanıstanın dünyaya yeganə pəncərəsi olan Həmid Karzai adına hava limanı əfqan xalqının təhlükəsizliyi, dinc yaşayışı və rifahı üçün böyük əhəmiyyətə malikdir".
Məlumatda daha sonra qeyd olunub ki, əfqan xalqının təhlükəsizliyi və rifahı üçün Türkiyənin NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Həmid Kərzai adına beynəlxalq hava limanındakı fəaliyyəti bitdikdən sonra da hava limanının istifadəsi üçün lazım olan dəstəyi davam edəcək. (Apa)
Digər xəbərlər