Saytımızı qiymətləndirin


 
 

Mbappe qaçırdığı penaltidən yazdı - “Yata bilmədim”
Tarix: 29-06-2021 | Saat: 10:11
Bölmə:Karusel / İdman | çapa göndər

 

Mbappe qaçırdığı penaltidən yazdı

 

“Hədəfimizə çata bilmədik. İndi həyata davam etmək çox çətindir”.

 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Fransa millisinin üzvü Kilyan Mbappe özünün İnstaqram hesabında yazıb. 

 

Ulduz futbolçu Avro-2020-nin seçmə mərhələsində İsveçrəyə məğlubiyyətdən danışıb. Mbappe penaltilər seriyasında dəqiq oynaya bilmədiyi üçün məyus olduğunu bildirib: “Penaltini vura bilmədiyim üçün çox üzgünəm. Komandaya kömək etmək istədim, amma bacarmadım. Yata bilmədim. Təəssüf ki, bu şeylər də çox sevdiyim futbolun bir hissəsidir. Azarkeşlərin üzüntsünü bilirəm və buna görə onlardan üzr istəyirəm. Bizi dəstəklədiyiniz üçün də təşəkkür edirəm. Qarşıdakı dönəmdə daha yaxşı olmağa çalışacağıq. İsveçrəyə də uğurlar arzu edirəm”. 

Qeyd edək ki, Fransa millisi Avro-2020-nin 1/8 final mərhələsində İsveçrəyə penaltilər seriyasında 5:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 



Xəbəri paylaş

321 dəfə oxunub.

Digər xəbərlər