Tarix: 18-06-2021 | Saat: 17:54
Bölmə:Karusel / Sosial | çapa göndər
“Bu gün nümayəndə heyəti ilə birlikdə Antalya Diplomatiya Forumunda iştirak edən həmkarlarla, beynəlxalq təşkilatların rəhbərləri və onların müavinləri ilə bir sıra görüşlər keçirdik. Hesab edirəm ki, çox vacib və əhəmiyyətli nəticələr əldə olundu”.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, fürsətdən istifadə edərək bölgədə baş verən son hadisələr, postmünaqişə dövrü ilə bağlı geniş məlumatların verilməsi imkanı olub.
“Eyni zamanda, görüşlərdə hazırkı mərhələdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı həyata keçirdiyi böyük həcmli bərpa, tikinti işləri barədə məlumat verildi. Bildirildi ki, 30 ilə yaxındır öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin geri qayıtması ölkəmiz qarşısında duran əsas prioritetdir”, - deyə XİN başçısı qeyd edib.
Digər xəbərlər