Saytımızı qiymətləndirin


 
 

Paşinyan: "İndi deyirlər ki, Qarabağın müstəqillyini tanıyaq, bu, müharibəyə səbəb olmayacaq?"
Tarix: 18-06-2021 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər

title

Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması təhlükəlidirmi və bu, müharibəyə səbəb ola bilərmi?

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yerli İctimai Televiziyanın efirində verdiyi açıqlamada bildirib.

O, 44 ​​günlük müharibə zamanı və ya sonrasında Ermənistan hökumətinin Qarabağın müstəqilliyini niyə tanımadığına dair müxaliflərin tənqidlərinə cavab verib:

“Müharibədən sonra tez-tez müxalifət nümayəndələri ”Qarabağ Ermənistandır, nöqtə" dediyim üçün məni müharibənin başlanmasına səbəb olmaqda günahlandırırlar. Bu bəyanatdan sonra müharibə başladısa, bəs Qarabağın müstəqilliyini tanısaydıq, başlamayacaqdı? İndi deyirlər ki, Qarabağın müstəqilliyini tanıyaq. Bu, müharibəyə səbəb olmazmı? Bunun müharibəyə aparan açıq bir mövqe olduğu mənim üçün aydındır", - deyə Paşinyan qeyd edib.



Xəbəri paylaş

1477 dəfə oxunub.

Digər xəbərlər