Saytımızı qiymətləndirin


 
 

Bayden jurnalisti danlayıb sonra üzr istədi
Tarix: 17-06-2021 | Saat: 08:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Bayden əvvəl danladı, sonra üzr istədi

 

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Cenevrədə keçirdiyi mətbuat konfransından ayrılarkən israrla Putinlə bağlı sual verən müxbiri danlayıb.

Qarabaginfo.az xəbər verir ki, müxbir “Putininn davranışlarını dəyişdirəcəyinə size nə inandırır?” sualı prezidenti əsəbiləşdirib.

“Mənim belə bir zəmanətim yoxdur, nə baş verir, niyə həmişə belə edirsən? Mən nə vaxt belə bir şey dedim. Bu, zəmanət deyil, sadəcə, həqiqəti deyirəm”, - Bayden qışqırıb.

Müxbirin israrla Putinin daha öncə dəyişmədiyini və Baydenin bu şərtlər altında görüşü necə konstruktiv dəyərləndirdiyini söyləyən müxbir dövlət başçısını özündən çıxarıb:

“Əgər bunu anlamırsansa, yanlış işdə işləyirsən”.

Brifinqin ardından ABŞ-a dönmək üçün təyyarəyə minmədən öncə Bayden müxbirdən üzr istəyib:

“Tez əsəbiləşdiyim üçün üzr istəyirəm. Heç pozitiv suallar vermirsiniz”.

“Putin görüşdən sonra mətbuat konfransında tənqid olunduğu şeylərin bir qismini yenə təkrarlayıb”, - müxbir verdiyi sualın doğru olduğunu deyib.

“Buraya etmək üçün gəldiyim şeyi etdim”, - prezident yekunlaşdırıb. (Qafqazinfo)



Xəbəri paylaş

1348 dəfə oxunub.

Digər xəbərlər