Tarix: 11-06-2021 | Saat: 17:22
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycanda nağdsız ödənişlərin təşviq edilməsi üçün bankların plastik kartlar və POS-terminallarla bağlı şərtlərinə yenidən baxması təklif olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir.
“Son onillikdə Azərbaycanda ödəmə kartları seqmenti dinamik olaraq inkişaf edir. 2010-cu ildən ödəmə kartlarının sayı 2 dəfə artaraq 8,7 milyona çatıb. Ödəmə kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayında isə 3,5 dəfə artım müşahidə olunub.
Bu cür artıma baxmayaraq ödəmə kartları seqmenti rəqib bazarlarla müqayisədə inkişaf baxımından hələ də geri qalmaqdadır. Bazarın tutumuna gəldikdə isə, hər 100 nəfərə orta hesabla 87 ödəmə kartı verilib. Bu göstərici Gürcüstanda 181, Rusiyada 197, Qazaxıstanda isə 220-dir. İnfrastrukturun münasiblik səviyyəsi də olduqca aşağıdır. Belə ki, hər 100 min nəfərə düşən bankomat (ATM) və POS terminalın orta sayı müvafiq olaraq 26 və 542-dir. Bu göstərici Gürcüstan üçün 71 və 1 818, Qazaxıstan üçün 66 və 995, Rusiya üçün isə 132 və 2 090 ədəd təşkil edir. Digərləri ilə yanaşı, bu şərtlər nağd vəsaitin çıxarılmasının Azərbaycanda ödəmə kartları ilə əməliyyatlarının böyük hissəsi olmaqda davam etməsinə gətirib çıxarıb. Belə ki, bu əməliyyatlar 2020-ci ilin birinci yarısı ərzində ümumi əməliyyatların 75%-ni təşkil etdiyi halda, Qazaxıstanda bu göstərici 38%, Rusiyada 29%, dünya üzrə isə 14% təşkil edir.
Yuxarıda müzakirə olunan məsələlərin fonunda hökumət, tənzimləyici orqanlar və bazar iştirakçıları kartların emalı infrastrukturunun inkişafına dəstək məqsədilə əlavə səylər göstərməli, habelə kartların bütöv əhali üçün ödəmə metodu kimi əlçatanlığının artırılması məqsədilə ölkənin maliyyə bazarında müvafiq kart məhsulları ilə bağlı təklifləri gücləndirməlidir. Xüsusilə banklar bankomat və POS terminalların əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıdır. Digər mühüm bir məsələ isə odur ki, xüsusilə 2020-ci ilin birinci yarısında və post-pandemiya dövründə POS terminalların sayının kəskin Bank, Maliyyə və Sığorta (-18%) azalıb. Bu şəraitdə konkret seqmentlər üzrə ödəmə kartlarının təşviqi məqsədilə kartların emalı ödənişləri, eləcə də mübadilə faizi və əldə etmə haqqının tənzimlənməsi məqsədəuyğun olar”, -deyə sənəddə qeyd edilib. (Report)
Digər xəbərlər