Saytımızı qiymətləndirin


 
 

Paşinyan yenə oğlunun Bakıya göndərilməsindən danışdı
Tarix: 10-06-2021 | Saat: 09:11
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan yenə oğlunun Bakıya göndərilməsindən danışdı

 

İyunun 9-da Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan seçki kampaniyasının çərçivəsində Şirak vilayətində olub. 

Qarabaginfo.az xəbər verir ki, Paşinyan burada etdiyi çıxışda oğlunu Azərbaycandakı əsirlərə dəyişmək təklifini bir daha təkrar edib və deyib ki, bu barədə təklifini rəsmən Bakıya təqdim edəcək: “Mən əlaqədar orqanlara göstəriş vermişəm ki, Azərbaycan tərəfinə təklifimizi çatdırsınlar. Mənim oğlum girov qismində Bakıya getməyə hazırdır, bir şərtlə ki, bizim bütün əsirləri qaytarsınlar”.

Paşinyan səfəri zamanı sərhəddəki vəziyyətə də toxunub və qeyd edib ki, demarkasiya istənilən dövlət üçün qaçılmaz məsələdir: “Biz istənilən an tərəfimizdən edilmiş təklifin reallaşdırılmasına hazırıq. Əslində bu təklif ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də qəbul olunub”. (Yeni Sabah)



Xəbəri paylaş

1322 dəfə oxunub.

Digər xəbərlər