Saytımızı qiymətləndirin


 
 

"Sərhədlər müəyyənləşdirilsə, Qarabağ məsələsi bağlanacaq? Xeyr, belə deyil" - Paşinyan
Tarix: 09-06-2021 | Saat: 14:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan demarkasiya və delimitasiya məsələsinin Ermənistan üçün qəbuledilməz olmadığını, bu sözlərdən qorxmağa ehtiyac olmadığını bildirib.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə o, Şirak bölgəsinin Mets Mantaş icmasında tərəfdarları ilə görüşü zamanı bildirib.

Paşinyana görə, Ermənistan bu gün sərhədlərin dəqiqləşdirilməsi prosesinə başlamağa hazırdır, əgər Azərbaycan Minsk qrupu həmsədrlərinin təklifini qəbul edərsə, Ermənistan və Azərbaycan qoşunları güzgü şəklində sərhəd xəttindən çıxarılacaq və bundan sonra sərhəd tənzimlənməsi məsələsi başlayacaq.

“Ermənistanda bu iki məsələni bir-birinə bağlamaq istəyən qüvvələr. Deyirlər ki, əgər sərhədin demarkasiya və demilitasiyası aparılsa, Qarabağ məsələsi bağlanacaq. Xeyr, belə deyil. Əmin ola bilərsiniz ki, belə hallara yol verməyəcəyik.

“Biz Ermənistan üçün dinc bir dövr yaratmaq üçün çalışacağıq, lakin bu, Ermənistan və Qarabağın maraqlarının qurban verilə biləcəyi anlamına gəlmir”, - Ermənistan lideri qeyd edib.



Xəbəri paylaş

1328 dəfə oxunub.

Digər xəbərlər