Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda daha 10 su anbarı tikiləcək
Tarix: 03-06-2021 | Saat: 15:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

#

Yeni su ehtiyatlarının yaradılması məqsədilə Azərbaycanda daha 10 su anbarının tikintisi nəzərdə tutulur.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, bu su anbarlarının tikintisi nəticəsində 500 mln. kubmetrədək suyun yığılması mümkün olacaq.

“İl ərzində anbarlardan 700-750 min kubmetrədək suyun yığılması, demək olar ki, bir o qədər də suyun istifadəsi mümkün olacaq”, - deyə R. Aslanov qeyd edib.

O həmçinin əlavə edib ki, bu günədək tikintisi nəzərdə tutulan su anbarlarının bir neçəsi üzrə artıq layihələndirmə işlərinə başlanılıb: “Məsələn, Yengicə su anbarının layihə smeta sənədləri artıq hazırdır və onun tikintisinə bu il ərzində başlanacaq. Əlincə su anbarında da iqtisadi əsaslandırma işləri bu ilin oktyabr ayınadək başa çatdırılacaq və tikintiyə başlanılacaq”.



Xəbəri paylaş

1323 dəfə oxunub.

Digər xəbərlər