Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla sərhəddəki Sisyanda vəziyyət partlayış təhlükəsi həddinə çatıb
Tarix: 02-06-2021 | Saat: 11:49
Bölmə:Karusel / Region | çapa göndər

 

Ermənistan cəmiyyətində parlament seçkisi ərəfəsində vəziyyət son dərəcə gərginləşib. Bir həftə əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkədəki vəziyyəti ayıq başla qiymətləndirərək Ermənistanın vətəndaş müharibəsi həddində olduğunu bildirmişdi.

Erməni cəmiyyətinin bir hissəsi hələ də baş nazir Paşinyanı dəstəkləyir, digər hissəsi isə ona nifrət edir. Hazırkı hakimiyyətin tərəfdarlarının və əleyhdarlarının qarşıdurması artıq çoxdan siyasi müstəvidən məişət müstəvisinə keçib. Erməni cəmiyyətində bu dərin parçalanmanı görmək üçün yerli KİV-in çoxsaylı reportajlarını izləmək kifayətdir.

Azərbaycanla həmsərhəd olan Vardenis, Sisyan və digər vilayətlərdə xüsusilə təhlükəli vəziyyət yaranıb. Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sərhəddə postları sovet dövrünün xəritələrinə uyğun qurmağa başlayıb, Ermənistan isə sərhədlərin demarkasiyası prosesini hər vəchlə pozmağa çalışır.

Ermənistanın Azərbaycanla həmsərhəd bölgələrinin bəzi sakinləri müxtəlif erməni KİV-lərinə verdikləri müsahibələrdə dincliklərini itirdiklərindən və "türklər bu qədər yaxınlaşdığından" dinc yaşayıb işləyə bilmədiklərindən şikayətlənirlər. Eyni zamanda, sakinlərin başqa bir hissəsi sərhəddə vəziyyətin sakit olduğunu qeyd edərək qonşularını panika yaratmaqda günahlandırır.

“Qoy Nikol gəlib postlarımızın harada olduğunu bizə bildirsin. Biz kənd sakiniyik və heyvandarlıq hesabına yaşayırıq. Həyatımız əsl cəhənnəmə çevrilib. Qoy bütün bu millət vəkilləri bizə indi necə yaşamalı olduğumuzu desinlər”, - deyə yaşlı bir erməni “Armlur” qəzetinin müxbirinə şikayət edib.

"Bizdə hər şey normaldır. Heç bir çaxnaşma yoxdur. Bütün bunlar yalandır. Bəli, azərbaycanlılar lap yaxındadırlar, amma bizim adamlardan heç birini narahat etmirlər", - deyə digər sakin ona xitabən bildirib.

Yerli bazarda jurnalistin Paşinyanla bağlı verdiyi sual isə bir-birinin yanında dayanan iki satıcı qadını sözün həqiqi mənasında üz-üzə qoyub.

"Bizim həyatımız təhlükəli hala gəlib, çünki türklər olduqca yaxındadır. Paşinyan indi bu barədə düşünməlidir", - deyə yerli bazarda yaşlı satıcı şikayət edib.

"Sən Paşinyana toxunma! O, yer üzündə ən yaxşı və ən ədalətli insandır. Azərbaycanlılar heç kimə toxunmurlar. Burada həqiqətən də belə təhlükəlidirsə, onda mən  burada necə işləyirəm?"- digər satıcı Paşinyanın müdafiəsinə qalxıb və dərhal da Ermənistanın acınacaqlı durumunun əsl səbəbkarlarının adını çəkib.

Satıcının sözlərinə görə, erməni xalqının müsibətlərində Qarabağ separatçıları günahkardır.

"Hər şeydə bu qarabağlılar günahkardır. Onlara görə həyatımız əsl cəhənnəmə çevrildi. Onlar Qarabağdan qaçdılar və bu gün Yerevanda oturublar. Bəsdir artıq! Nə qədər olar? Övladlarımız onlara görə müharibədə həlak olublar. Onlar isə burada bizdən mənzil tələb edirlər”, - deyə qadın olduqca emosional halda vurğulayıb.

Qeyd edək ki, bu, Ermənistanın sadə sakinlərinin Qarabağ ermənilərini öz bəlalarında açıq şəkildə ittiham etdiyi ilk hadisə deyil. Qarabağ ermənilərini Ermənistanda onsuz da heç zaman xüsusi sevməyiblər, amma indi bu münasibətlər açıq-aşkar nifrət həddinə çatıb... (Virtualaz.org)

 



Xəbəri paylaş

363 dəfə oxunub.

Digər xəbərlər