Tarix: 24-05-2021 | Saat: 18:16
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əks olunub.
Rəydə qeyd olunub ki, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) nəzərdə tutulmuş 230,9 mln. manatın 215,5 mln. manatı AZAL-a, 15 mln. manatı isə Milli Aviasiya Akademiyasına ödənilib.
“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ”Azərbaycan Hava Yolları” QSC-yə sərnişindaşıma sahəsi üzrə 215,5 mln. manat məbləğində maliyyə dəstəyinin 69,6 mln. manatı və ya 32,3%-i əməkhaqqı və ona bərabər tutulan ödənişlərə, DSMF və işsizlikdən sığorta fonduna ayırmalara yönəldilib”, - rəydə deyilir.
Rəyə əsasən, ayrılmış vəsaitlərin 44,9 mln. manatı və ya 20,8%-i kreditor borclarının ödənilməsinə, 20,4 mln. manatı və ya 9,5%-i əsaslı təmir xərclərinə, 19,5 mln. manatı və ya 9,1%-i ehtiyat aviahissələrin alınmasına, 15,9 mln. manatı və ya 7,4%-i vergi öhdəliklərinin ödənilməsinə, 10,5 mln. manatı və ya 4,9%-i yanacaq və sürtkü materiallarının alınmasına, 7,2 mln. manatı və ya 3,3 %-i sərnişin təyyarəsinin lizinq ödənişlərinə (4 E190 HG), 6,9 mln manatı və ya 3,2 %-i istismar xərclərinə, 5,1 mln. manatı və ya 2,4%-i trenajorların alınmasına (pandemiya şəraitində bunun zəruriliyinə ehtiyacın olmasının əsaslılığı real deyildir), 4,2 mln. manatı və ya 2%-i zəmanətsiz alınmış kreditlərə görə faiz borcunun ödənilməsinə, 3,4 mln. manatı və ya 1,6%-i IATA (“Clearing House” klirinq mərkəzi), 4,6 mln. manatı və ya 2,2%-i rabitə, nəqliyyat və kommunal xərclərinə, 3,1 mln. manatı və ya 1,4%-i isə əməliyyat fəaliyyəti ilə bağlı digər xərclərə yönəldilib. (APA)
Digər xəbərlər