Tarix: 21-05-2021 | Saat: 21:43
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya Federasiyasının senatoru Qriqori Karasin və Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze arasında videokonfrans formatında görüş keçirilib.
Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, regional məsələlərin müzakirəsi zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli birgə bəyanatlarının reallaşdırılması kontekstində Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpası planında açılan imkanlara diqqət ayrılıb.
Gürcüstanın hökumət administrasiyasının görüşlə bağlı yaydığı məlumatda qeyd olunub ki, tərəflər Moskva və Tbilisi arasında ticari-iqtisadi, nəqliyyat və humanitar münasibətlərlə bağlı məsələləri nəzərdən keçiriblər.
Görüşdə hər iki ölkənin XİN və nəqliyyat nazirliklərinin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, 2012-ci ildən mövcud olan Karasin-Abaşidze danışıqları 2008-ci ildən diplomatik əlaqələri dayandıran Rusiya və Gürcüstan arasında yeganə birbaşa dialoq formatıdır.
Digər xəbərlər