Tarix: 21-05-2021 | Saat: 17:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ötən gecə Azərbaycan silahlı qüvvələrinin hərbçiləri Sünik bölgəsinin Xoznavar (Xəzinəvar - red.) icması istiqamətində 1,5 km irəliləyiblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya icma rəhbəri Varo Qriqoryan danışıb.
“İşxanasardan (Qızılcıq - red.) 3,5 km məsafədə sərhədimizə giriblər, indi yenidən 1,5 km kəndə tərəf eniblər. Azərbaycanlılar kənddən 2,5 km məsafədədir. Onlar qorxmurlar. Deyirlər ki, buralar bizim torpaqlarımızdır, burada dayanmalıyıq", - Qriqoryan deyib.
Onun sözlərinə görə, kənddəki kişilərin çoxu ailələrini Xəzinəvardan çıxarıb bacardıqları yerə köçürüb.
Qeyd edək ki, Xəzinəvar keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Gorus rayonunda yerləşən kənddir.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşayıb. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülən ermənilər yerləşdirilib. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşayıb.
1918-ci ildə kənddə yaşayan azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla yurdlarından didərgin salınıb. 1918-ci ildən bəri kənddə yalnız ermənilər yaşayır.(Qazet.az)
Digər xəbərlər