Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva məlumat verib.

O bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır:

“Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.

O qeyd edib ki, müzakirələr arasında ictimai nəqliyyatla bağlı bir sıra məsələlərdə var ki, yaxın günlərdə bu barədə də məlumat veriləcək. (Unikal.org)