Tarix: 06-02-2018 | Saat: 17:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq.
"Qarabaginfo" Trend.az"a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, müxtəlif ölkələr imkan tapan kimi digər ölkələrin daxili işinə qarışmağa maraq göstərirlər.
MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri də fəal olmalı və hər bir məsələni həm cəmiyyətə, həm də dünya ictimaiyyətinin diqqətinə düzgün çatdırmalıdır: “Biz birlikdə çalışmalıyıq ki, bunun öhdəsindən gələk”.
Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
Digər xəbərlər