Naxçıvana Zəngəzurdan, Şuşaya Əsgərandan keçib getmək vəzifəsi...
Tarix: 12-05-2021 | Saat: 12:29
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1337 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-05-2021 | Saat: 12:29
Bölmə:Karusel / Qarabağ | çapa göndər

"O Əsgərandan ki, 1919-cu il martın 21-də ermənilərin bu qaladakı keçidi ələ keçirməsindən sonra Xosrov bəy Sultanovun başçılıq etdiyi Azərbaycan əsgərləri oradakı daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək Xankəndi və Şuşanı da azad etdi..."
Ali Baş Komandanın təyyarə ilə getdiyi son Naxçıvan səfərindən və düşmənlərimizə qarşı verdiyi növbəti “Zəngəzur dəhlizi” bəyanatlarından sonra artıq dövlət başçısının gələn dəfə eyni məkana ya qatarla, yaxud Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçının kəndinə getdiyi kimi öz avtomobili ilə getməsini gözləyirik...
Bəli, 44 günlük savaşdakı şanlı Qələbəmizdən sonra xalqımızın, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri də budur; Naxçıvana Meğridən – Zəngəzurdan keçib getmək...
Amma bir xalq, dövlət olaraq qarşımızda digər əsas vəzifələr də dayanır: Şuşaya, Xankəndinə əsrlər boyu getdiyimiz tarixi Ağdam-Şuşa yoluyla, eləcə də Bakı-Horadiz- Qubadlı-Laçın-Şuşa yolu ilə sərbəst getmək... Həmçinin Kəlbəcərə Tərtər-Ağdərə-Kəlbəcər yolu ilə getmək... Hər üç yolu açmaq Azərbaycan üçün çox prinsipial məsələlərdir. Ərazimizin, suverenliyimizin əsl mənada bərpası baxımından bunlar çox önəmlidir... Və gərək olsa, hər birimiz bu uğurda da qanımızı, canımızı verməyə hazır olmalıyıq...
Ən önəmlisi, prinsipialı isə Əsgərandan keçib Xocalıya, Xankəndinə, Şuşaya getməkdir...
O Əsgərandan ki, XVIII əsrdə Qarabağ xanları tərəfindən tikilmiş möhtəşəm qalanın adını daşıyır...
O Əsgərandan ki, 1919-cu ilin martın 21-də - Novruz bayramı gecəsi ermənilərin bu qaladakı keçidi ələ keçirməsindən sonra Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun başçılıq etdiyi Azərbaycan Milli Ordu hissələri daşnak generalı Dronun oradakı quldur dəstələrini darmadağın edərək Xankəndi və Şuşanı da azad etdi. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Lakin 1 920-ci il martın 21-də, yenə də Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə də hücuma keçdi və bu postlarda dayanan azsaylı qüvvələri məhv etdi. Bundan sonra -1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimovun başçılığıyla Cümhuriyyət ordusu yenidən Əsgəranı, sonra isə Xocalını erməni silahlı dəstələrindən təmizlədi...
O Əsgərandan ki, sonradan – 70 il ərzində sovet hökumətinin əli ilə yenidən ermənilərlə məskunlaşdırıldı və 1988-ci ilin fevralında separatçıların başlatdığı ərazi iddialarına cavab olaraq Ağdamdan Xankəndiyə doğru yönələn Azərbaycan xalq kütlələri məhz həmin şəhərdən keçməyə cəhd göstərərkən ilk şəhidlərimizi verdik...
Xocalının işğalından öncə və sonra Əsgəranı azad etməyə bir neçə cəhd olsa da, bunlar baş tutmadı...
İnanırıq ki, inşallah, bu dəfə Azərbaycan dövləti separatçı-terrorçu tör-töküntülərini siyasi-diplomatik yollarla bütün Yuxarı Qarabağ kimi Əsgərandan da təmizləyəcək və biz artıq Şuşaya Füzulidən gələn uzaq yolla yox, həmişə getdiyimiz Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolundan heç bir müşayiət-filan olmadan sərbəst və azad şəkildə keçib gedəcəyik...
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
13-11-2023, 16:38
Tikinti məhsulları UCUZLAŞDI
18-07-2024, 11:48
ABŞ dövlət katibinin müavini: KTMT-yə üzvlük Ermənistanın daxili işidir
18-01-2021, 15:41
Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
31-07-2025, 10:48
Motosiklet, moped sürücüləri NİİM-ə dəvət olundu
16-05-2022, 15:47
Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ
8-06-2022, 12:11
Prezident Rəşad Orucova yüksək vəzifə verdi
18-11-2024, 10:34
Türkiyə Hersoqun təyyarəsinə icazə vermədiyini təsdiqlədi
5-03-2022, 16:18
Bakıda polis əməliyyat keçirdi, 21 nəfər saxlanıldı
14-05-2023, 20:33
Şarl Mişel: Aİ Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə verməyə davam edəcək
23-02-2022, 16:54
Komando hərbi hissələrinə qəbulu elan edilib - VİDEO