Saytımızı qiymətləndirin


 
 

Şok iddia: ABŞ keçmiş sovet respublikalarının birində qoşun yerləşdirir
Tarix: 10-05-2021 | Saat: 11:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Şok iddia: ABŞ keçmiş sovet respublikalarının birində qoşun yerləşdirir

ABŞ Əfqanıstandan çıxarmağa başladığı qoşunlarını başqa ölkələrdə yerləşdirməyi planlaşdırır. Bu qüvvələrin Mərkəzi Asiyada, Əfqanıstanla qonşu olan Özbəkistan və Tacikistanda yerləşdirilməsi imkanları nəzərdən keçirilir.

Qarabaginfo.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” Pentaqondakı mənbələrə istinadən yazıb.

Nəşr qeyd edir ki, ABŞ-a Əfqanıstandan çıxardığı hərbi qulluqçular və döyüş texnikası üçün bazalar lazımdır. Belə ki, ABŞ Əfqanıstandan qoşunlarını çıxarsa da yerli hökuməti dəstəkləmək və “Taliban”ı çəkindirmək üçün yeni müdaxiləyə də hazır olmalıdır. Lakin  qəzetə danışan mənbələr deyiblər ki, ABŞ qoşunlarının Mərkəzi Asiyada yerləşdirilməsini Rusiyanın orada “böyük hərbi iştirakı” və Çinin artan təsiri xeyli mürəkkəbləşdirir.

Bildirilir ki, ABŞ rəhbərliyi hələlik Özbəkistan və Tacikistana bu ölkələrin ərazisində hərbi baza yerləşdirmək barədə sorğu verməyib. Hələlik ABŞ Müdafiə Nazirliyində bu planla bağlı yekdil mövqe yoxdur, lehinə olanlar da var, əleyhinə olanlar da. Müzakirələrdə Dövlət Departamenti və Ağ ev də iştirak edir.

Xəbər verildiyi kimi prezident Cozef Bayden Əfqanıstana hərbi müdaxilədən 20 il sonra qoşunların bu ölkədən çıxarılmasına qərar verib. Qoşunların çıxarılması prosesi mayın 1-dən başlayıb. Lakin Əfqanıstanda situasiya olduqca kövrəkdir və “Taliban”la Kabil hökuməti arasında danışıqlar mürəkkəb keçir. Əfqanıstan hökuməti narahatdır ki, amerikalıların çıxmasından sonra “Taliban” yenidən hakimiyyəti ələ keçirə bilər. (Virtualaz.org)

Şok iddia: ABŞ keçmiş sovet respublikalarının birində qoşun yerləşdirir


Xəbəri paylaş

302 dəfə oxunub.

Digər xəbərlər