Saytımızı qiymətləndirin


 
 

MSK-nın yeni tərkibinin üzvlüyünə namizədlər - SİYAHI
Tarix: 23-04-2021 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

MSK-nın yeni tərkibinin üzvlüyünə namizədlər - SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə üzvlüyünə namizədlərin siyahısı müəyyənləşib.

Qarabaginfo.az həmin siyahını təqdim edir:

Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Hümbətov Sürəddin (ehtiyat üzv)

Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri:

Arifə Muxtarova

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Nailə Əsgərova

Aydın Muradov

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.

Parlamentdə azlıq təşkil edən partiyaların digər iki namizədi isə yaxın vaxtlarda müəyyənləşəcək.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər