"Sünik ermənilərinin problemi yoxdur - onlar daim türklərlə yanaşı yaşayıblar...”-Erməni deputat
Tarix: 14-04-2021 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər
1400 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-04-2021 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər

“Yetər, Sünik sakinlərinin problemləri ilə manipulyasiya etdiniz!” – Jurnalistə sərt cavab
“20 iyunda Sünik sakinləri bu suala cavab verəcəklər. Kiminlə görüşürəm, çox yaxşı, çox pozitivdir”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri qəsbkar ölkənin “Qraparak” qəzeti müxbirinin “Sünik sakinlərinin Paşinyan hakimiyyətinə münasibəti necədir?” sualını cavablandırarkən Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının Azərbaycanın tarixi Zəngəzur mahalının böyük hissəsini əhatə edən Sünik mərzindən olan deputatı Narek Qəhrəmanyan söyləyib.
Erməni deputatın digər iki suala cavabı jurnalist üçün daha gözlənilməz olub.
“
- Deməli, Sünikin bütün sərhəd boyu türklərlə birbaşa qonşu olmasına şərait yaratmaqla yaxşı iş görmüsünüz?
- Siz Sünikin nə vaxtdan türklərlə sərhəddə olduğunu bilirsinizmi? Bəli, Sünikdəki ermənilər həmişə türklərlə 1 metrlikdə yaşayıblar. Yetər, Sünik sakinlərinin problemləri ilə manipulyasiya etdiniz! Sünik sakinlərinin problemi yoxdur, normal gündəlik həyatlarını yaşayırlar...
-Onların həyatları 10 Noyabr razılaşmasından bəri də dəyişməyib?
- Hər beş dəqiqədə, hər dəqiqədə, günorta saat birdə əhvalımız və həyatımız dəyişə bilər. Mən belə bir suala necə cavab verə bilərəm?”
P.S. Deyəsən, Ermənistanda həyatlarını adam kimi qurmaları üçün Azərbaycan və Türkiyə ilə sülh şəraitində, dinc yanaşı yaşamaqdan savayı çıxış yolları olmadığını anlayanların sayı yavaş-yavaş artır...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
4-02-2022, 00:08
ABŞ prosesə başladı: 2 minlik ordu göndərildi
24-11-2022, 12:44
Ödəmə terminallarından 10 min manata yaxın oğurluq edən şəxs tutulub
16-10-2021, 19:32
Hikmət Hacıyev: “Prezidentin münaqişədən sonrakı yenidənqurma-bərpa layihələri misilsizdir”
28-08-2025, 22:42
Moskva Satira Teatrının keçmiş direktoru Məmməd Ağayev saxlanılıb
29-10-2024, 20:14
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Günü münasibətilə paylaşım edib
27-08-2019, 18:27
Sizə “stop” qoyulub-qoyulmadığını belə öyrənin
24-05-2024, 11:05
Yasamalda qaz KƏSİLƏCƏK
5-07-2021, 11:47
Hadrut istiqamətində meşə zolağı yanır - VİDEO
12-01-2023, 11:46
Paşinyandan Qarabağ ermənilərinə ÇAĞIRIŞ - vəziyyəti gərginləşdirməyin!