Saytımızı qiymətləndirin


 
 

“Bu, Qarabağda yeni risklər yarada bilər” - Muradov “iş” başında
Tarix: 06-04-2021 | Saat: 21:41
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Bu, Qarabağda yeni risklər yarada bilər” - Muradov “iş” başında

“Rusiyalı sülhməramlıların ”fəaliyyət”i nəticəsində Qarabağın hələlik Bakının nəzarətində olmayan ərazisində terrorçu xunta özünü rahat hiss edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist bölgədəki son duruma diqqət çəkib:

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyəti yarıtmazdır. General-leytenant Rüstəm Muradovun komandanlıq etdiyi heyət Qarabağda operativ fəaliyyət nəzarəti arealında erməni cinayətkarların, rəsmi Bakının beynəlxalq axtarışa verdiyi şəxslərin asudə hərəkətini təmin edir. Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Xankəndinə səfəri, üçtərəfli bəyanatda nəzərdə tutulmuş 1960 rusiyalı hərbçi üçün gərəkdiyindən artıq kazarmalar, postlar və s. inşa edilməsi də anormallıqdır.

Bilavasitə rusiyalı sülhməramlıların ”fəaliyyət”i nəticəsində Qarabağın hələlik Bakının nəzarətində olmayan ərazisində terrorçu xunta özünü rahat hiss edir, toplantılar keçirir, binalar tikir. Halbuki general-leytenant Muradov ermənilərə sərbəst şərait yaratmasaydı, banderloqlar bir araya gələ də bilməzdilər. Rusiya rəhbərliyi gec də olsa, dərk etməlidir ki, sülhməramlıların belə davranışı Azərbaycan-Rusiya münasibətlərində problemlər yarada bilər. Belə problem isə Qarabağda yeni risklərin bünövrəsinə çevrilə bilər”.(Teleqraf)



Xəbəri paylaş

1336 dəfə oxunub.

Digər xəbərlər