Saytımızı qiymətləndirin


 
 

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmət əlavə olunacaq
Tarix: 06-04-2021 | Saat: 11:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İcbari tibbi sığortanın Xidmətlər Zərfi nədir? | "Nuhçıxan" İnformasiya Agentliyi

"Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub". 

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-nin sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, dəyişikliyə əsasən, Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır. 

“Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur.  Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir”,-deyə məlumatda qeyd olunub.



Xəbəri paylaş

1326 dəfə oxunub.

Digər xəbərlər