Tarix: 01-04-2021 | Saat: 15:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Son günlər koronavirusa yoluxma sayında artım var".
Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, bu, gözlənilən prosesdir: "Mərhələli olaraq sərtləşmə rejimindən çıxdıq. Kafe-restoranlar, məktəblər açıldı. Bu artımda hər birimizin rolu var".
Onun sözlərinə görə, yanvarın 18-dən vaksinasiyaya başlanılıb: "Azərbaycan dünya ölkələrində ilklərdən idi. Vakansiya çox yaxşı gedir və mərhələli şəkildə davam edir. Bütün bölgələrdə vaksinasiya prosesi gedir. Son müşavirədən sonra bizə verilən tapşırığa əsasən vaksinasiyanı sürətləndirməliyik".
Y. Qarayeva bildirib ki, vaksinasiya yeni bir şey deyil, 100 illərdir insanları ölümcül və qorxunc xəstəliklərdən qoruyub: "Vaksinasiyadan qorxmamalıyıq. Onun kiçik fəsadlarından çəkinməməliyik".
(APA)
Digər xəbərlər