Meğri merinə xəbərdarlıq olundu – Guya azərbaycanlılar onu girov götürə bilər...
Tarix: 28-03-2021 | Saat: 15:26
Bölmə:Karusel / Region | çapa göndər
1386 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-03-2021 | Saat: 15:26
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan ordusu bu günədək hər hansı təxribat törətmədiyi halda heç bir Ermənistan vətəndaşı barədə hansısa tədbir görməyib və ümumiyyətlə, belə bir niyyəti ola bilməz...
Ermənistan rəhbərliyinin açıqlamalarının əksinə olaraq guya ermənilər üçün Sünik mərzində(Azərbaycanın tarixi Zəngəzur mahalının bir hissəsi-S.L.) xüsusən Gorus-Qafan yolunun Azərbaycan hərbçilərinin nəzarəti altındakı Azərbaycan ərazisi olan hissəsi boyunca səyahət etmək təhlükəlidir.
Qarabaginfo.az xəbər verir ki, bu haqda qəsbkar ölkənin "Hraparak" qəzeti yazır.
“Bəlkə də erməni rəsmiləri konkret olaraq özləri üçün azərbaycanlılar tərəfindən xüsusi təhdid olmamasından irəli gələrək Sünik bölgəsini təhlükəsiz hesab edirlər. Amma bunun müqabilində düşmənimizdən gələn təhlükə Ermənistan hakimiyyətinin əleyhdarlarını təhdid edir. Əldə etdiyimiz məlumata görə, Meğri şəhərinin meri Mxitar Zakaryan da daxil olmaqla Sünik bölgəsi icmalarının müxalif fikirli bəzi liderlərinə Gorus-Qafan yolu ilə hərəkət etməmək barədə daxili xəbərdarlıq edilib. Onlara Tatevdən keçən alternativ yolla Megriye gəlmək təklif olunur. Çünki ehtimal edilir ki, Ermənistan hakimiyyətinin nişan verməsi ilə azərbaycanlılar avtomobillərini saxlayaraq onları əsir götürə və ya hansısa zərər verə bilərlər. Bu yolla getməyə qərar versələr də, heç olmasa avtomobillərini dəyişdirsinlər ki, azərbaycanlılar maşında olduqlarını bilməsinlər” -deyə qəzet yazır.
Xatırladılır ki, bir neçə gün əvvəl Mxitar Zakaryan “Hraparak”a verdiyi müsahibəsində belə bir təhlükənin ehtimal olunduğuna eyham vuraraq deyib:
“Düzü ... təhlükə daha da böyükdür ... İndi bu, həddən artıq şübhəyə qapılmaq kimi görünə bilər. Amma biz Paşinyanın istefasını tələb etməyə başladıqdan sonra anladıq ki, buradan(Paşinyan iqtidarından- S.L.) istiqamət verilməklə orada(Azərbaycanın nəzarətində olan yolda-S.L.) bizə zərər verilə bilər...
Zəruri şərh:
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri bu günədək Azərbaycan dövlət sərhədini pozmadığı və ya mövqelərimizə atəş açmadığı, yaxud digər təxribat törətmədiyi halda heç bir Ermənistan vətəndaşı barədə hər hansı tədbir görməyib və ümumiyyətlə, belə bir niyyəti ola bilməz...
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
14-03-2022, 11:20
Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI
31-07-2025, 15:53
Tramp HƏMAS-ı təslim olmağa çağırıb
2-03-2024, 15:16
Putinlə Tokayev arasında telefon danışığı olub
4-08-2025, 08:28
BAEA nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək
14-11-2017, 18:29
Prezidentdən Bakı Dövlət Universiteti ilə bağlı - Sərəncam
24-03-2023, 11:46
Professor: Koronavirus artıq mövsümi qripə çevrilib
27-11-2025, 16:27
Rusiya Ali Məhkəməsi Navalnının fondunu terror təşkilatı kimi tanıyıb
8-10-2021, 16:01
“Azərbaycan Zəngəzurda inşaat işləri aparır” - Erməni deputat
16-03-2020, 17:57
TƏBİB sədri: “Təhlükə görsək fövqəladə vəziyyət elan edilməsi üçün hökumətə müraciət edəcəyik”






" style="width: 670px; height: 340px;">







