Ana Sayfa > Karusel / Region > Meğri merinə xəbərdarlıq olundu – Guya azərbaycanlılar onu girov götürə bilər...
Meğri merinə xəbərdarlıq olundu – Guya azərbaycanlılar onu girov götürə bilər...28-03-2021, 15:26. Yazar: Admin |
Azərbaycan ordusu bu günədək hər hansı təxribat törətmədiyi halda heç bir Ermənistan vətəndaşı barədə hansısa tədbir görməyib və ümumiyyətlə, belə bir niyyəti ola bilməz...
Ermənistan rəhbərliyinin açıqlamalarının əksinə olaraq guya ermənilər üçün Sünik mərzində(Azərbaycanın tarixi Zəngəzur mahalının bir hissəsi-S.L.) xüsusən Gorus-Qafan yolunun Azərbaycan hərbçilərinin nəzarəti altındakı Azərbaycan ərazisi olan hissəsi boyunca səyahət etmək təhlükəlidir.
Qarabaginfo.az xəbər verir ki, bu haqda qəsbkar ölkənin "Hraparak" qəzeti yazır.
“Bəlkə də erməni rəsmiləri konkret olaraq özləri üçün azərbaycanlılar tərəfindən xüsusi təhdid olmamasından irəli gələrək Sünik bölgəsini təhlükəsiz hesab edirlər. Amma bunun müqabilində düşmənimizdən gələn təhlükə Ermənistan hakimiyyətinin əleyhdarlarını təhdid edir. Əldə etdiyimiz məlumata görə, Meğri şəhərinin meri Mxitar Zakaryan da daxil olmaqla Sünik bölgəsi icmalarının müxalif fikirli bəzi liderlərinə Gorus-Qafan yolu ilə hərəkət etməmək barədə daxili xəbərdarlıq edilib. Onlara Tatevdən keçən alternativ yolla Megriye gəlmək təklif olunur. Çünki ehtimal edilir ki, Ermənistan hakimiyyətinin nişan verməsi ilə azərbaycanlılar avtomobillərini saxlayaraq onları əsir götürə və ya hansısa zərər verə bilərlər. Bu yolla getməyə qərar versələr də, heç olmasa avtomobillərini dəyişdirsinlər ki, azərbaycanlılar maşında olduqlarını bilməsinlər” -deyə qəzet yazır.
Xatırladılır ki, bir neçə gün əvvəl Mxitar Zakaryan “Hraparak”a verdiyi müsahibəsində belə bir təhlükənin ehtimal olunduğuna eyham vuraraq deyib:
“Düzü ... təhlükə daha da böyükdür ... İndi bu, həddən artıq şübhəyə qapılmaq kimi görünə bilər. Amma biz Paşinyanın istefasını tələb etməyə başladıqdan sonra anladıq ki, buradan(Paşinyan iqtidarından- S.L.) istiqamət verilməklə orada(Azərbaycanın nəzarətində olan yolda-S.L.) bizə zərər verilə bilər...
Zəruri şərh:
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri bu günədək Azərbaycan dövlət sərhədini pozmadığı və ya mövqelərimizə atəş açmadığı, yaxud digər təxribat törətmədiyi halda heç bir Ermənistan vətəndaşı barədə hər hansı tədbir görməyib və ümumiyyətlə, belə bir niyyəti ola bilməz...
Moderator.az
Geri dön |