Tarix: 19-03-2021 | Saat: 11:16
Bölmə:Karusel / Gündəm / Region / Kriminal | çapa göndər
"19 fevral 2021-ci ildə Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında araşdırma aparılıb. Bu zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək, itkin düşmüş Pərvin Musayevanın qəsdən öldürülməsi müəyyən edilib".
Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən daxil olan birgə məlumatda bildirilib.
Məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib:
“Müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun 19 fevral 2021-ci il tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib”.
Rəsmi məlumata görə, hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.
Sərdar Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə 2-ci kurs tələbələri olublar.
Digər xəbərlər