Saytımızı qiymətləndirin


 
 

 Hacı Əliyev və Hacımurad Hacıyev Tokio olimpiadasına vəsiqə qazandı!
Tarix: 18-03-2021 | Saat: 23:06
Bölmə:Karusel / İdman | çapa göndər

Bu gün Macarıstan paytaxtı Budapeştdə güləş üzrə qitə olimpiya təsnifat turniri start götürüb. 

Qarabaginfo.az xəbər verir ki, ilk yarış günündə “sərbəstlər” Tokio-2020-yə vəsiqələri müəyyyənləşdiriblər. Bunun üçün, onların finala çıxmaları yetərli olub. 97 kq-da təmsilçimizin olmamasına səbəb, olimpiya, dünya və Avropa çempionu Şərif Şərifovun 2019-cu ildə Qazaxıstan paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında 2-ci yer tutaraq, Tokio oyunlarına lisenziya qazanmasıdır.

57 kq
1/8 final: İslam Bazarqanov – Niklas Steşele (Almaniya) 5:0
1/4 final: İslam Bazarqanov – Razvan Kovaçs (Rumıniya) 10:0
1/2 final: İslam Bazarqanov – Georgi Vangelov (Bolqarıstan) 1:9
3-cü yer üçün: İslam Bazarqanov – Petru Kraçiun (Moldova)

65 kq
1/8 final: Hacı Əliyev – George Ramm (Böyük Britaniya) 13:2
1/4 final: Hacı Əliyev – Səlahəddin Qılıncsallayan (Türkiyə) 5:2
1/2 final: Hacı Əliyev – Maksim Sakultan (Moldova) 5:1
FİNAL: Hacı Əliyev – Vazgen Tevanyan (Ermənistan)

74 kq
1/8 final: Hacımurad Hacıyev – Andre Afa (Fransa) 13:6 (tuşe)
1/4 final: Hacımurad Hacıyev – Murad Quraməhəmmədov (Macarıstan) 5:4
1/2 final: Hacımurad Hacıyev – Maksim Vasiloğlu (Rumıniya) 7:0
FİNAL: Hacımurad Hacıyev – Avtandil Kentçadze (Gürcüstan)

86 kq.
1/8 final: Əbubəkr Abakarov – İştvan Vereb (Macarıstan) 10:5
1/4 final: Əbubəkr Abakarov – Osman Göçən (Türkiyə) 4:4*

125 kq
1/4 final: Camaləddin Məhəmmədov – Tapani Heyno (Finlandiya) 3:1
1/2 final: Camaləddin Məhəmmədov – Gennadi Kudinoviç (Almaniya) 6:15

 



Xəbəri paylaş

1403 dəfə oxunub.

Digər xəbərlər
15-03-2023, 15:26 XİN-dən Paşinyana CAVAB